^

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ SƏDRİNİN MÜAVİNİNİN, İNZİBATİ VƏ KOMMERSİYA KOLLEGİYALARI SƏDRLƏRİNİN VƏ BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.

2. Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.

3. Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.

4. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin.

5. Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri təyin edilsin.

6. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

7. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2019-cu il.