Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı hakimlər və məhkəmə sədrləri vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad edilsinlər:
Hüseynov Elnur Heydər oğlu - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən
Novruzov Səxavət Hüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən
Salmanov Elşən Fizuli oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən
2. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:
Heydərov Faiq İnqilab oğlu - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi
3 Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2019-cu il.