^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev Şərur rayonunda vətəndaşları qəbul edib

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyevin növbəti qəbulu Şərur rayonunda olmuşdur. 21 noyabr 2019-cu il tarixdə  Şərur  Rayon Məhkəməsində vətəndaşları qəbul edən Ali Məhkəmənin sədri Qasım Əliyev onların müraciətlərini dinləmişdir. Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.