^

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

         20 İyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Ramiz Rəhim oğlu Süleymanovun sədrliyi ilə, üzvlər Yusifəli Süleyman oğlu Qurbanov və Qabil Neymət oğlu Məmmədovdan ibarət tərkibdə konstitusiya icraatı qaydasında 15 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş 20 saylı Yarımca Seçki Dairəsi üzrə əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında işə baxılmışdır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçki qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunmuş və seçicilərin iradəsinin sərbəst ifadə etməyə imkan verən demokratik şəraitdə keçirilmişdir.

         Sеçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə təsdiq еdilmişdir.