Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində olmuşlar.
Qonaqlar məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmələrə əlçatanlığın təmin olunması sahəsində görülən işlər barədə məlumatlandırılmış, Məhkəminin fəaliyyəti ilə əyani tanış olmuşlar.