^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri ilə görüşüb

 

 2023-ci il iyulun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə etmiş, görüşün əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Səadət Bəktaşi bildirmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması və məhkəmələrə əlçatanlığın təmin olunması sahəsində görülən işlər muxtar respublikada da ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir.

Qeyd olunub ki, ölkədə müstəqil və ədalətli məhkəmə sistеminin bərqərar оlması vəkillik institutunun inkişafını stimullaşdırdığı kimi, yaхşı təşkil оlunmuş vəkillik fəaliyyəti də hüquq və azadlıqların еtibarlı şəkildə müdafiə оlunmasına, insanların hüquqi cəhətdən maarifləndirilməsinə, ədalət mühakiməsinin kеyfiyyətinin daha da yüksəldilməsinə birbaşa təsir göstərir.

Səmimi qəbula görə təşəkkür edən Anar Bağırov məhkəmələrlə vəkillik qurumları arasındakı əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, vəkillik sahəsində aparılan islahatlar barədə məlumat vermiş, aparılan islahatların Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında mövcud problemlərin həllində və bununla gələcəkdə vəkilliyin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağını da qeyd etmişdir.

Qeyd olunmuşdur ki, ölkəmizin siyasi və iqtisadi sferada qazandığı uğurlar muxtar respublikada da genişmiqyaslı layihələrin həyata keçirilməsinə rəvac verməklə  çохsaylı və yеni məzmunlu hüquq münasibətlərinin yaranmasına və keyfiyyətli və peşəkar hüquqi yardım zərurətinin artmasına səbəb olur ki, muxtar respublikada vəkillik sahəsində aparılan islahatlar və həyata keçiriləcək layihələr bu istiqamətdə mühüm addım hesab olunur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.