Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanın Baş prokuror Kamran Əliyev, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Ali Məhkəməsinin sədri, Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, muxtar respublikanın Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, prokurorluq əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.
Çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın əhəmiyyətindən bəhs edib.
Həmçinin konfrans zamanı Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən digər mötəbər qonaqlar çıxışlar edib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi konfransda çıxış edib.
Qeyd edək ki, konfransdan öncə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyə Respublikası Ali Məhkəməsinin sədri, Ali Məhkəmənin Baş prokuroru və digər rəsmi şəxslərin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü olub. Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib.