^

Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib.

 

Naxçıvanda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilir. Konsert proqramında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvanda səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və nazirliyin əməkdaşları və digər rəsmi şəxslər iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi tədbirdə iştirak edib. Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Birləşmiş orkestri, eləcə də digər musiqi və rəqs kollektivləri çıxış ediblər.