^

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat edib.

 

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi İsfəndiyar Nağıyev vəfat edib.

İsfəndiyar Nağıyev 01 oktyabr 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, İbadulla kəndində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Hüquq sahəsində fəaliyyətinə 1988-ci ildən başlamışdır. 1989-cu ildən 1993-cü ilədək Naxçıvan MR Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışmış, 1993-cü ildən hakim kimi fəaliyyət göstərmişdir. 17 iyun 1993-cü ildən  04 dekabr 1996-cı ilədək Naxçıvan Şəhər Məhkəməsinin hakimi, 04 dekabr 1996-cı ildən 28 iyul 2007-ci ilədək Şərur Rayon Məhkəməsinin sədri olmuşdur. 28 iyul 2007-ci ildən 22 iyun 2010-cu il tarixədək   Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin,  22 iyun 2010-cu il tarixdən vəfatına qədər Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları İsfəndiyar Nağıyevin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

 

 Allah rəhmət eləsin!