2023-cü ildə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyun olaraq silsilə tədbirlərin keçirilməsi davam edir. Bu münasibətlə vətəndaşların qəbulunun həyata keçirilməsinə dair plana uyğun olaraq muxtar respublikanın rayonlarında vətəndaşları qəbuluna start verilib. İlk belə qəbul Şərur Rayon Məhkəməsinin inzibati binasında həyata keçirilib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şərur şəhərində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.