^

Decision N2 2012

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN

 

RƏYASƏT HEYƏTİNİN

 

Q Ə R A R  I      Ν 2

 

    30  iyul 2012-ci il                                                                                                                       Naxçıvan şəhəri

 

 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti aşağıdakı tərkibdə:

 

 Ali Məhkəmənin sədri R.R.Süleymanovun sədrliyi,

 

mülki kollegiyanın sədri vəzifəsini icra edən Ə.K.Allahverdiyevin,

 

inzibati-iqtisadi kollegiyanın sədri vəzifəsini icra edən Y.S.Qurbanovun,

 

hərbi kollegiyanın sədri vəzifəsini icra edən Q.N.Məmmədovun iştirakları ilə

 

 Ali Məhkəmənin sədri R.R.Süleymanovun 2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmə sahəsində görülmüş işlər haqqında məruzəsini, məruzə ilə əlaqədar çıxışları dinləyib müzakirə edərək

 

 Q ə r a r a    a l ı r :

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri R.R.Süleymanovun 2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmə sahəsində görülmüş işlər haqqında məruzəsi nəzərə alınsın.

 

2. Muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinə tövsiyə olunsun ki:

 

- Cari ilin ikinci yarısında işlərə baxılarkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunvericiliyin tələblərinə riayət edilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirsinlər;

 

- Vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərə, şifahi müraciətlərə Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılmasını təmin etsinlər;

 

- Azərbaycan Respublikası Ədliyyə naziri və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən 30 avqust 2007-ci il tarixdə təsdiq olunmuş Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq məhkəmələrdə statistika və kargüzarlığın aparılması işinin təkmilləşdirilməsinə, əmək və icra intizamına daha ciddi əməl olunmasına xüsusi diqqət yetirsinlər.

 

 

 

S Ə D R :                                          RAMİZ  SÜLEYMANOV