NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏHKƏMƏSİ RƏYASƏT HEYƏTİNİN
Q Ə R A R I № 1
12 yanvar 2009-cu il Naxçıvan şəhəri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti aşağıdakı tərkibdə:
Ali Məhkəmənin sədri R.R.Süleymanovun sədrliyi ilə,
mülki işlər üzrə kollegiyanın sədri Ə.K.Allahverdiyevin,
hərbi məhkəmələrin işləri üzrə kollegiyanın sədri H.Q.Nəsibovun iştirakı ilə
Ali Məhkəmənin sədri R.R.Süleymanovun 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər haqqında məruzəsini, məruzə ilə əlaqədar çıxışları dinləyib müzakirə edərək
Q ə r a r a a l ı r :
1. Ali Məhkəmənin sədri R.R.Süleymanovun 2008-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər haqqında məruzəsi nəzərə alınsın.
2. Muxtar Respublikanın ixtisaslaşırılmış, şəhər və rayon məhkəmələrinə tövsiyyə olunsun ki;
- Növbəti ildə işlərə baxılarkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunvericiliyin tələblərinə riayət edilməsi istiqamətində əməli tədbirlər görsünlər.
- Vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərə, şifahi müraciətlərə Azərbaycan Respublikasının «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Qanunun tələblərinə uyğun olaraq baxılmasını təmin etsinlər.
- Azərbaycan Respublikası Ədliyyə naziri və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən 30 avqust 2007-ci il tarixdə təsdiq olunmuş «Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat»a uyğun olaraq məhkəmələrdə statistika və kargüzarlığın aparılması işinin təkmilləşdirilməsinə, əmək və icra intizamına daha ciddi əməl olunmasına xüsusi diqqət yetirsinlər.
S Ə D R :- RAMİZ SÜLEYMANOV