Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyəti orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə:
Quliyev Vüqar Kərim oğluna
Mirzəyev İlqar Məhərrəm oğluna – “Əməkdar hüquqşünas” fəxri adı;
Vəliyev Yunis Əziz oğluna – “Əməkdar dövlət qulluqçusu” fəxri adı;
Seyidova Xasa Seyidəli qızına – “Rəşadətli əməyə görə” nişanı verilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 2 oktyabr 2015-ci il