Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyevin növbəti qəbulu Kəngərli rayonunda olmuşdur. 15 avqust 2019-cu il tarixdə Kəngərli Rayon Məhkəməsində vətəndaşları qəbul edən Ali Məhkəmənin sədri Qasım Əliyev onların müraciətlərini dinləmişdir. Qəbul zamanı müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.