^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev Babək rayonunda vətəndaşları qəbul edib

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev 11 iyul 2019-cu il tarixdə Babək Rayon Məhkəməsində vətəndaşların qəbulunu keçirmişdir.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.