Fevral ayının 13-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2014-cü ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov ötən il muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi ötən ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra zəruri işlər görülmüşdür.
İclasda Nахçıvаn Muхtаr Rеspublikаsının Ali Məhkəməsi Rəyasət Heyətinin 11 aprel 2003-cü il tarixli, 2 saylı qərarı ilə əsasnaməsi təsdiq edilmiş Nахçıvаn Muхtаr Rеspublikаsının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının 30 oktyabr 2003-cü il tarixli Rəyasət Heyəti qərarı ilə tərkibi təsdiq edilmiş üzvlərinin vəzifələri dəyişildiyindən Şuranın tam fəaliyyət göstərməsi üçün yeni tərkibi təsdiq edilmişdir.
Daha sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2014-cü ildə həyata keçirdikləri işlərə dair məlumatları dinlənilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.