^

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR

 

14 İyul 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2014-cü ilin birinci yarısında muxtar respublika məhkəmələrinin fəaliyyəti müzakirə olunmuşdur.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açmış, sonra 2014-cü ilin birinci yarısında muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir.

Muxtar respublika məhkəmələri tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirmişdir ki, əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilmişdir.

Ali Məhkəmənin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərdən də söhbət açmış, məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmilləşdirilməsindən, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatları ilə zənginləşdirilməsindən bəhs etmiş, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldiyini bildirmişdir.

Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin cari ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilmişdir.

İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vurmuşdur.