^

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilmişdir. Matəm günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində 2024-cü il dekabr ayının 25-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ruhu saat 12:00-da bir dəqiqəlik sükutla yad edilmişdir.