^

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində seminar-müşavirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə məhkəmənin əməkdaşlarına fövqəladə halların xüsusiyyətləri, fövqəladə hallardan qorunmanın yolları, mənzillərdə qaz cihazlarından təhlükəsiz istifadə qaydaları, dəm qazından zəhərlənmə hadisələrinin baş vermə səbəbləri və dəm qazından zəhərlənən insana ilk yardımın göstərilməsi, müəssisələrdə və yaşayış mənzillərində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, mülkiyyətlərdə yanğın hadisələrinin baş vermə səbəbləri, yanğın hadisəsi zamanı davranış və ödsöndürücü balonlardan istifadə qaydaları, həmçinin zəlzələ, zəlzələ hadisəsi zamanı davranış qaydaları, məişətdə civə dağılması zamanı görülməsi vacib olan tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

Seminar-müşavirə müddətində iştirakçılara mövzulara uyğun slayd və videoçarxlar təqdim edilmiş, iştirakçıların verdiyi suallar cavablandırılmışdır.