Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Məhkəmənin cari fəaliyyəti, işlərə operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından görülən işlər barədə məlumat verib.
Sonra muxtar respublikada fəaliyyət göstərən rayon (şəhər) məhkəmələrinin 2023-cü il üzrə fəaliyyətlərinin yekunları müzakirə olunub, yekun hesabatlar dinlənilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd etmişdir ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə ölkədə aparılan mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.