^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi şəhid ailələrini ziyarət edib

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi vətənin bütövlüyü uğrunda canından keçmiş Firuz Qureşli, Qəşəm SəfərovTural Məmmədovun  ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüşlər zamanı bildirilib ki, Vətən müharibəsi və Antiterror əməliyyatında Müzəffər Ordumuz Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Şanlı tariximizi möhtəşəm Qələbə ilə şərəfləndirdi.

Şəhidlərimizin ailələri qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları vurğulanıb. Kollektiv üzvləri şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, şəhid Firuz Qureşli Füzuli rayonu, şəhid Qəşəm Səfərov Xocavənd rayonu istiqamətdə gedən döyüşlərdə, şəhid Tural Məmmədov antiterror əməliyyatları zamanı Ağdam rayonu Gülablı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşlar.