Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində bir dəqiqəlik sükutla yad edilib.
Vətənimizə Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!