^

"Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-Praktiki Konfrans keçirilib

 

"Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev,  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslərin iştirakı ilə keçirilmiş  Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib.