^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Sədərək rayonunda vətəndaşları qəbul edib

 

 

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Sədərək rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan problemlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.