^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Culfa rayonunda vətəndaşları qəbul edib

 

 

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Culfa rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Culfa şəhərində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli ilə bağlı məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.