^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib

 

May ayının 30-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ölkəmizdə insan hüquqlarının təmin olunması və məhkəmə sisteminin müasirləşdirilməsini şərtləndirən hüquq islahatları barədə məlumat verib, Məhkəmənin cari fəaliyyəti, işlərə operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından görülən işlər barədə məlumat verib.

 Sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələri tərəfindən 2023-cü ildə baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri və qərarlarının sabitlik göstəriciləri ətraflı təhlil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, məhkəmələrin qarşısındakı əsas vəzifələr məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrin fəaliyyətinin şəffaflığına  yönəlmiş fəaliyyətin  davamlılığını təmin etməkdir. Naxçıvan Muxtar Respublikası  Ali Məhkəməsi də bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.