“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Şərur rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şərur şəhərində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətən uğrunda canından keçmiş şəhidlərimiz yad edilib.
Qəbul zamanı vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.