“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi muxtar respublikanın rayonlarında vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulunun həyata keçirilməsinə dair cədvələ uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri mayın 24-də saat 10:00-11:00-da Şahbuz Rayon Məhkəməsində (ünvan: Şahbuz rayonu H.Ə.Əliyev küç, telefon: (036)-543-01-17, elektron poçt ünvanı contact@shahbuzcourt.gov.az), mayın 29-da saat 10:00-11:00-da Şərur Rayon Məhkəməsində (ünvan: Şərur şəhəri, 28 May küçəsi 3, telefon: (036) 542-46-42, elektron poçt ünvanı contact@sharurcourt.gov.az), iyunun 3-də saat 10:00-11:00-da Culfa Rayon Məhkəməsində (ünvan: Culfa şəhəri, Şəhid Əliqulu küç., telefon: (036) 546-12-06, elektron poçt ünvanı contact@julfacourt.gov.az), iyunun 5-də saat 10:00-11:00-da Babək Rayon Məhkəməsində (ünvan: Babək qəsəbəsi, H.Əliyev prospekti, telefon: (036) 541-41-77, elektron poçt ünvanı contact@babekcourt.gov.az), iyunun 11-də saat 10:00-11:00-da Ordubad Rayon Məhkəməsində (ünvan: Ordubad şəhəri, Mənsur Ağa küç., 8, telefon: (036) 547-14-15, elektron poçt ünvanı contact@ordubadcourt.gov.az), iyunun 13-də saat 10:00-11:00-da Kəngərli Rayon Məhkəməsində (ünvan: Qıvraq qəsəbəsi, telefon: (036) 548-01-29, elektron poçt ünvanı contact@kangarlicourt.gov.az), iyunun 24-də saat 10:00-11:00-da Sədərək Rayon Məhkəməsində (ünvan: Heydərabad qəsəbəsi, telefon: (036) 549-21-31, elektron poçt ünvanı contact@sadarakcourt.gov.az) vətəndaşları qəbul edəcək.
Vətəndaşlar müvafiq məhkəmələr üzrə telefon və elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.
“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tərəfindən rayonlarda vətəndaşların qəbulunun həyata keçirilməsinə dair cədvəl
Sıra № |
Qəbulun həyata keçiriləcəyi yer |
Tarix |
Saat |
1. |
Şahbuz Rayon Məhkəməsi |
24.05.2024 |
10:00-11:00 |
2. |
Şərur Rayon Məhkəməsi |
29.05.2024 |
10:00-11:00 |
3. |
Culfa Rayon Məhkəməsi |
03.06.2024 |
10:00-11:00 |
4. |
Babək Rayon Məhkəməsi |
05.06.2024 |
10:00-11:00 |
5. |
Ordubad Rayon Məhkəməsi |
11.06.2024 |
10:00-11:00 |
6. |
Kəngərli Rayon Məhkəməsi |
13.06.2024 |
10:00-11:00 |
7. |
Sədərək Rayon Məhkəməsi |
24.06.2024 |
10:00-11:00 |