^

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Ümummilli  lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan şəhərində fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin kollektivləri  Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini yad ediblər. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Əli Allahverdiyev çıxış edərək Heydər Əliyevin həyat yolu, onun ölkəmizin tarixindəki əvəzolunmaz rolu barədə tədbir iştirakçılarına məlumat verib.