Azərbaycan Arbitraj Assosiasiyası təşkilatçılığı ilə, ölkəmizin dövlət və hökumət nümayəndələrinin, yerli və xarici hakimlərin, eləcə də beynəlxalq arbitraj üzrə ekspertlər və hüquqşünasların iştirakı ilə baş tutan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Səxavət Bəylərli iştirak edib.
25-26 aprel tarixlərində keçirilmiş konfransda arbitraj institutunun mübahisələrin alternativ həlli üsulu kimi əhəmiyyəti vurğulanıb, qeyd olunub ki, ötən il Azərbaycanda “Arbitraj haqqında" Qanunun qəbul edilməsi ilə arbitraj institutunun inkişafı istiqamətində irəliyə doğru addım atılıb. Yeni Qanun Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb, bu isə o deməkdir ki, burada sınaqdan keçmiş işlək beynəlxalq təcrübə nəzərə alınıb. Bununla da ölkəmizdə ilk dəfə olaraq qanunvericiliklə həm beynəlxalq, həm də daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlər tənzimlənəcək sabah da davam edəcək.
Tədbirin təşkilində əsas məqsəd ölkəmizdə mübahisələrin alternativ həlli yollarından olan beynəlxalq arbitrajın inkişafı və onun regionda, eləcə də dünyada beynəlxalq investisiya və kommersiya mübahisələrinin həlli üçün arbitraj məkanı kimi tanınmasına nail olmaqdır.