^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri kollektivi Novruz Bayramı münasibətilə təbrik edib.

 

 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Novruz Bayramı münasibətilə kollektivi təbrik edib.

Səadət Bəktaşi bildirib ki, bu ilki bayram xüsusilə əlamətdardır, belə ki, xalqımız Novruz bayramını bu il ilk dəfə işğala son qoyulmuş Vətənin hər qarışında qeyd edir. Ali Məhkəmənin sədri qeyd edib ki, bu qələbə fədakar əsgər və zabitlərimizin, qazilərimizin və şəhidlərimizin  qəhrəmancasına apardığı mübarizə ilə mümkün olmuşdur. Odur ki, onların xatirəsi və qəlbimizdəki yeri hər zaman əziz və toxunulmazdır. Ölkəmizin daimi inkişaf yolu barədə danışan Səadət Bəktaşi bildirib ki, Ulu öndər Heydər Əliyevin irsini davam etdirən ölkə başçısı İlham Əliyevin uğurlu işi nəticəsində ölkəmiz gələcəyə doğru güclü addımlarla irəliləyir.

Ali Məhkəmənin sədri sonda kollektivə öz təbriklərini və xoş arzularını çatdırıb.