2024-ci il martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova ilə görüşüb.
Əsgər Novruzov qonağı salamlayaraq görüşdən məmnunluğunu ifadə edib, “Femida Könüllüləri” layihəsinin ölkəmizin hüquq ictimaiyyəti üçün çox faydalı bir təşəbbüs olduğunu bildirdi. Əsgər Novruzov qeyd edib ki, layihə məhkəmə və hüquq sistemində çalışacaq yüksək peşəkarlığa malik, təcrübəli və bacarıqlı kadrların formalaşdırılması işinə mühüm təkan verəcəkdir.
Səmimi qəbula görə təşəkkür edən Nilgün Məmmədova çıxışında Təşkilatın cari fəaliyyəti və gələcək məqsədləri barədə məlumat verdi. Nilgün Məmmədova bildirdi ki, Məhkəmə-Hüquq Şurası ilə “Femida Könüllüləri” Təşkilatı arasında imzalanmış Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin təşkili haqqında Memorandum məhkəmələrdə gənclərin iştirakçılığını artırmaq prosesinin daha sistematik formada həyata keçirilməsinə geniş şərait yaradacaq.
Görüşdə könüllülərin məhkəmələrdə könüllülük fəaliyyətinə cəlb olunmalarının detalları barədə fikir mübadiləsi aparıldı.