^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri kollektivi Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivi təbrik edib.

Səadət Bəktaşi bildirib ki, 2023-cü il Azərbaycan xalqı və dövləti üçün xüsusilə əlamətdar olub. Ölkə başçısının rəhbərliyi ilə müzəffər xalqımız bu il hər iki bayramı bütöv Azərbaycanda qeyd edir. Xalqımız bu qələbəni fədakar əsgər və zabitlərimizin, qazilərimizin və şəhidlərimizin  qəhrəmancasına apardığı mübarizəyə borcludur. Odur ki, onların xatirəsi və qəlbimizdəki yeri hər zaman əziz və toxunulmazdır. Ölkəmizdə aparılan hüquqi və sosial islahatlardan da bəhs edən Məhkəmənin sədri bildirib ki, davam edən bu islahatlar nəticəsində məhkəmə işçilərinin sosial rifah halı xeyli yaxşılaşmış, savadlı kadrların öz layiqli yerlərini tapması üçün geniş perspektivlər yaranmışdır. Ali Məhkəmənin sədri kollektivə öz təbriklərini və xoş arzularını çatdırmışdır.