^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir

 Oktyabrın ayının 11-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir. Rəyasət Heyətinin iclaasında Ramiz Rəhim oğlu Süleymanovun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Əli Kərim oğlu Allahverdiyev və Qabil Neymət oğlu Məmmədovdan ibarət tərkibdə 2 oktyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş 6 saylı Çərçiboğan Seçki Dairəsi üzrə əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında işə baxılmışdır.

Müəyyən olunmuşdur ki, həmin tarixdə  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunmuş və seçicilərin iradəsinin sərbəst ifadə etməyə imkan verən demokratik şəraitdə keçirilmişdir.

Seçkilərin nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə bütövlükdə təsdiq edilmişdir.