^

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri start götürüb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə dekabr ayının 2-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələr arasında mini futbol turnirinə start verilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin rəsmi açılışında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin məqsədləri barədə məlumat verib, komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil edilən turnirdə 8 komanda iki qrupda mübarizə aparır. Qaliblər 30.12.2023-cü il tarixdə keçiriləcək final mərhələsinin yekununda müəyyənləşəcək.

Turnirə dair videomaterial ilə buradan tanış ola bilərsiniz.