^

Məhkəmə aktlarının indeksləşdirilməsi qaydalarının tətbiqi ilə bağlı müzakirələr keçirilib.

 

Dekabr ayının 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev tərəfindən Ali Məhkəmənin “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydalarının müzakirəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Məhkəmənin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə video konfrans formatında keçirilmiş müzakirə zamanı Qaydaların ümumi müddəaları, məhkəmə aktlarına tətbiq edilən indekslər və məhkəmə aktlarının indeksləşdirilməsi mexanizmləri barədə hakimlərə məlumat verilib.

Müzakirələr qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi məqsədi ilə məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cu il 4 noyabr tarixli Plenum Qərarı ilə “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları təsdiq edilib.