Zəfər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən məhkəmələrin kollektivləri Zəfər parkını ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi və hakim heyətinin iştirak etdiyi tədbirdə Zəfər Abidəsinin önünə gül dəstələri qoyulub, Vətənin bütövlüyü uğrunda canlarında keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb. Bu gün bütün torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır. Bu hünər savaşında şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim yaşadılır.