^

Naxçıvan Muxtar Respubliası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ELSA Naxçıvanın təqdimat mərasimində iştirak edib

 

Naxçıvan Muxtar Respubliası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Naxçıvan lokal qrupunun yaradılması münasibətilə keçirilən təqdimat mərasimində iştirak edib.  

Naxçıvan Dövlət Universirtetinin rektoru Elbrus İsayev, Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bektaşi, Naxçıvan MR Prokuroru Sənan Paşayevin iştirakı ilə reqlament imzalanıb, bayrağın təhvil verilməsi mərasimi baş tutub.

Tədbirdə çıxış edən Səadət Bəktaşi Naxçıvan Muxtar Respubliası Ali Məhkəməsinin təşəbbüsü ilə cari ilin aprel ayında imzalanmış Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu haqqında məlumat verərək bildirib ki,  Ali Məhkəmə və Naxçıvan Dövlət Universiteti arasında münasibətlərin daha da genişləndirilməsi və gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi məqsədilə imzalanan bu Memorandum Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələrin Ali Məhkəmədə təcrübə keçməsinə, tələbələrin könüllü qaydada açıq məhkəmə iclaslarında tamaşaçı qismində iştirak etmələrinə, birgə elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların, mühazirələrin və görüşlərin keçirilməsinə, hüquq elminin inkişafı istiqamətində birgə yeni təkliflərin hazırlanması və elmi işlərə rəylərin verilməsinə, Naxçıvan Dövlət Universiteti tələbələrinin könüllülər qismində Ali Məhkəmədə işə cəlb edilmələrinə və həmçinin Ali Məhkəmə əməkdaşlarının Naxçıvan Dövlət Universitetində hüquqşünasların hazırlığı prosesində iştirak etmələrinə imkan yaradır.