^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Kəngərli rayonunda vətəndaşları qəbul edib

 

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq muxtar respublikanın rayonlarında vətəndaşların qəbulu davam edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Kəngərli rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Qıvraq qəsəbəsində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

         Qəbul zamanı vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb,  müraciətlərdə qaldırılan  digər problemlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

         Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.