^

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi 1 məsləhətçi – tərcüməçi vəzifəsinin tutulması üçün ümumi müsahibə ELAN EDİR

 

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 12 may - 12 iyun 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.ndim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.ndim.gov.az internet portalına müraciət edilə bilər.

 

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

-           vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

-           “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

-           Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

-           Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

-              ali təhsil haqqında sənədin surəti;

-              əmək kitabçasının surəti;

-              elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

-              xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

-           Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.

-           "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.

-           “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir

-           Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.

-           1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

-           Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:

Xarici dil bilik səviyyəsi

Açıqlama

A1

  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər

A2

  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir

B1

  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir

B2

  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir

C1

  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir

C2

  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

ÜMUMİ QƏBUL PROQRAMI

  1. "Azərbaycan Respublikasının Konstitusiyası" [1]
  2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu [2]
  3. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu [3]
  4. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu [4]
  5. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu [5]
  6. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu [6]
  7. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu [7]
  8. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu [8]
  9. Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik [9, 10, 11]
  10. "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat" üzrə: [12]
    • 1. Ümumi müddəalar
    • 2. Sənədlərin hazırlanması üçün ümumi tələblər
    • 3. Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər
    • 4. Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər
    • 5. Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası
    • 7. Qərarların hazırlanması və tərtib edilməsi
    • 8. Sərəncamların hazırlanması və tərtib edilməsi
    • 9. Əmrlərin hazırlanması və tərtib edilməsi
    • 10. Protokolların hazırlanması və tərtib edilməsi
    • 11. Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi
    • 12. Aktın hazırlanması və tərtib edilməsi
    • 13 Məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi
    • 14. Sənədlərin dövriyyəsinin təşkili ( 92, 93, 94-cü bəndlər)
    • 16. Sənədlərin icrasına nəzarətin təşkili
    • 18. Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri (142-ci bənd)

Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il
  2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il, № 926-IQ
  3. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu. 31 may 2007-ci il, № 352-IIIQ
  4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu. 13 yanvar 2004-cü il, № 580-IIQ
  5. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2015-ci il, № 1308-IVQ
  6. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 1998-ci il, № 505-IQ
  7. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu. 21 oktyabr 2005-ci il, № 1036-IIQ
  8. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ
  9. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il № 683-IIQ
  10. "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının  Qanunu. 19 fevral 2019-cu il № 1511-VQ
  11. "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının  Qanunu. 19 fevral 2019-cu il № 1512-VQ
  12. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
  13. www.ndim.gov.az
  14. www.e-qanun.az

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı,

məsləhətçi – tərcüməçi vəzifəsi haqqında

MƏLUMAT

 

 

Vəzifə kodu

700046

Dövlət orqanı

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

Struktur bölmə

Aparat

Vakant inzibati vəzifənin adı və vakansiya sayı

məsləhətçi-tərcüməçi (1 yer)

Vakant inzibati vəzifənin təsnifatı

5

Aylıq vəzifə maaşı

930

Qulluq funksiyaları

-       məhkəmə icraatı ilə bağlı işlər və materiallar üzrə məhkəmə sənədlərinin tərcümə edilməsi

-       məhkəməyə müraciət etmiş xarici vətəndaşların və məhkəməyə xarici ölkələrdən daxil olmuş sənədlərin tərcüməsinin edilməsi,

-       məhkəmə iclaslarında tərcüməçi qismində iştirak edilməsi, iş üzrə sədrlik edənin göstərişlərinə tabe olması, səlahiyyəti daxilində verilən tapşırıqların yerinə yetirilməsi

-       məhkəmə iclası protokolunun müvafiq hissəsi ilə tanış olması, tərcümənin tam və düzgün yazılmasına dair protokola daxil edilməli qeydlərin verilməsi

-       tərcüməni dəqiqləşdirmək məqsədi ilə tərcümə zamanı iştirak edənlərə suallar verilməsi və s.

-       proses iştirakçılarına təqdim olunan sənədlərin, eləcə də məhkəmə fəaliyyəti ilə bağlı digər sənədlərin təxirəsalınmadan, dürüst və təhrifsiz tərcümə olunmasının təmin edilməsi və imzası ilə təsdiq edilməsi

-     iş və materiallar üzrə aşkar edilmiş hallara dair məlumatların yayılmasının təmin, habelə qapalı məhkəmə iclasında baxılmış işlər üzrə (övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira, vergi və s.) sirlərin qorunmasına əməl edilməsi

Vakant inzibati vəzifənin tutulması şərtləri

-  Təhsilə dair tələblər: ali təhsil

-  İş stajına dair tələblər: tələb müəyyən edilməyib

-  Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)

-  Xarici dil biliklərinə dair tələblər:  ingilis dili-A2, türk dili C1

Müsahibə elanının tarixi

12.05.2023 09:00

Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət

12.06.202318:00

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı,

                                           məsləhətçi – tərcüməçi                                               

QƏBUL PROQRAMI

  1. Hüquq anlayışı: [1-6]
    • Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri
  2. Hüquq mənbələri: [1-6]
    • Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə.
  3. Hüquq prinsipləri: [1-6]
    • Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı.
  4. Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: [1-6]
    • Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir).
  5. Hüquq sistemi: [1-6]
    • Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq.
  6. Hüquq məsuliyyəti: [1-6]
    • Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları.
  7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu [7]
  8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi üzrə: [8]
    • İkinci bölmə. Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər
    • XII fəsil. Cənayət prosesində etirazlar
    • Beşinci bölmə. Cinayət mühakimə icraatında əmlak məsələləri (Əməyin və çəkilmiş xərclərin ödənilməsi)
    • Səkkizinci bölmə. Birinci instansiya məhkəməsində icraat
  9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə: [9]
    • BİRİNCİ BÖLMƏ. Cinayət qanunu.
    • İKİNCİ BÖLMƏ. Cinayət haqqında
    • ÜÇÜNCÜ BÖLMƏ. Cəza haqqında
  10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [10]
    • I fəsil. Məhkəmə hakimiyyəti
    • V fəsil. Ağır cinayətlər məhkəmələri

Ədəbiyyat:

  1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005
  2. Məmmədov İ., Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005
  3. Xropanyuk V.N., Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə), Bakı, 1993
  4. Həsənov E.M., Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı, 2009
  5. Марченко М.Н., Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
  6. Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005
  7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu
  8.  Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
  9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
  10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu