Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 mart - 20 aprel 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.ndim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.ndim.gov.az internet portalına müraciət edilə bilər.
Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi
|
Açıqlama
|
A1
|
- gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2
|
- gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1
|
- iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2
|
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1
|
- müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2
|
- dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
QƏBUL PROQRAMI
- "Azərbaycan Respublikasının Konstitusiyası" [1]
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu [2]
- "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu [3]
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu [4]
- "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu [5]
- "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu [6]
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu [7]
- "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu [8]
- Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik [9, 10, 11]
- "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat" üzrə: [12]
- 1. Ümumi müddəalar
- 2. Sənədlərin hazırlanması üçün ümumi tələblər
- 3. Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər
- 4. Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər
- 5. Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası
- 7. Qərarların hazırlanması və tərtib edilməsi
- 8. Sərəncamların hazırlanması və tərtib edilməsi
- 9. Əmrlərin hazırlanması və tərtib edilməsi
- 10. Protokolların hazırlanması və tərtib edilməsi
- 11. Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi
- 12. Aktın hazırlanması və tərtib edilməsi
- 13 Məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi
- 14. Sənədlərin dövriyyəsinin təşkili ( 92, 93, 94-cü bəndlər)
- 16. Sənədlərin icrasına nəzarətin təşkili
- 18. Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri (142-ci bənd)
Ədəbiyyat:
- Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il, № 926-IQ
- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu. 31 may 2007-ci il, № 352-IIIQ
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu. 13 yanvar 2004-cü il, № 580-IIQ
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2015-ci il, № 1308-IVQ
- “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 1998-ci il, № 505-IQ
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu. 21 oktyabr 2005-ci il, № 1036-IIQ
- “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ
- “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il № 683-IIQ
- "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu. 19 fevral 2019-cu il № 1511-VQ
- "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu. 19 fevral 2019-cu il № 1512-VQ
- Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
- www.ndim.gov.az
- www.e-qanun.az
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı,
Hakim köməkçisi vəzifəsi haqqında
MƏLUMAT
Vəzifə kodu
|
700015
|
Dövlət orqanı
|
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
|
Struktur bölmə
|
Aparat
|
Vakant inzibati vəzifənin adı və vakansiya sayı
|
Hakim köməkçisi (5 yer)
|
Vakant inzibati vəzifənin təsnifatı
|
5
|
Aylıq vəzifə maaşı
|
930
|
Qulluq funksiyaları
|
- Hаkiminin göstəriş və tаpşırıqlаrını yеrinə yеtirir;
- Kоnkrеt məsələlərlə əlаqədаr Аpаrаtın struktur bölmələrinin rəhbərləri vаsitəsi ilə işçiləri müəyyən еdilmiş vахtdа hаkimin yаnınа dəvət еdir;
- Hаkimin çıхış, mürаciət və оnun imzаlаyаcаğı məktublаrın lаyihələrini hаzırlаyır, bu məqsədlə lаzım оlаn bütün məlumаtlаrı tоplаyır;
- Qərar layihələrinin hazırlayır;
- Hаkimin tаpşırığı ilə digər işləri yеrinə yеtirir.
- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi, bildiriş, məktub, məhkəmə aktları və digər sənədlərin sistemdə hazırlanması, habelə elektron statistika sisteminin işlənilməsini təmin etmək məqsədilə yekunlaşdırılmış işlər üzrə bütün məlumatların və sənədlərin (nəticələri, yekun məhkəmə aktlarını və s.) sistemə daxil edilməsi;
- Hakimlərin icraatına daxil olan kağız daşıyıcı üzərində olan işlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada təhvil alınması, Ümumi şöbəyə verilməsi;
|
Vakant inzibati vəzifənin tutulması şərtləri
|
- Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
- İş stajına dair tələblər: tələb müəyyən edilməyib
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili-A2
|
Müsahibə elanının tarixi
|
15.03.2023 09:00
|
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
|
20.04.2023 18:00
|
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı,
Hakim köməkçisi
QƏBUL PROQRAMI
- Hüquq anlayışı: [1-6]
- Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri
- Hüquq mənbələri: [1-6]
- Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə
- Hüquq prinsipləri: [1-6]
- Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı
- Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: [1-6]
- Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir).
- Hüquq sistemi: [1-6]
- Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq
- Hüquq məsuliyyəti: [1-6]
- Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə: [7]
- Birinci bölmə. Ümumi hissə
- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi üzrə: [8]
- I fəsil. Cinayət-prosessual qanunvericiliyi.
- II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
- III fəsil. Cinayət təqibi
- IV fəsil. Cinayət təqibi üzrə icraatın aparılması
- V fəsil. Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi
- VI fəsil. Prosessual qərarların məcburiliyi.
- İkinci bölmə. Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər.
- Üçüncü bölmə. Sübutlar və sübutetmə.
- XVIII fəsil. Cinayət prosesində digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi.
- XXIII fəsil. Cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması.
- XL fəsil. Cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında şikayətlərə ilkin baxılması.
- XLI. Məhkəmə baxışının ümumi şərtləri.
- XLII fəsil. Məhkəmə baxışının açılışı.
- XLIII fəsil. Məhkəmə istintaqı.
- XLIV fəsil. Məhkəmə çıxışları və təqsirləndirilən şəxsin son sözü.
- XLV fəsil. Yekun məhkəmə qərarının çıxarılması.
- XLVII fəsil. Məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılması.
- XLVIII fəsil. Məhkəmələrin hökm və qərarlarına kassasiya qaydasında yenidən baxılması.
- L fəsil. Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri.
- LII fəsil. Məhkəmə nəzarətinin həyata keçirilməsi.
- LVIII fəsil. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat.
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə: [9]
- Birinci bölmə. Ümumi hissə
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi [10]
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [11]
- Birinci fəsil. Əsas müddəalar.
- İkinci fəsil. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatlar.
- II bölmə. Kollektiv müqavilə və sazişlər.
- Yeddinci fəsil. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası.
- Onuncu fəsil. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları.
- On birinci fəsil. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları.
- On üçüncü fəsil. İş vaxtının növləri və tənzimlənməsi qaydaları.
- On beşinci fəsil. İstirahət vaxtı.
- On altıncı fəsil. Məzuniyyət hüququ və onun təmin edilməsi.
- İyirmi altıncı fəsil. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar.
- VII bölmə. Əmək və icra intizamı.
- Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsi [12]
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə: [13]
- "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə:[14]
- Birinci fəsil. Ümumi müddəalar
- Maddə 54. Azərbaycan Respublikası Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi haqqında məsələyə baxılmasının xüsusiyyətləri
- Maddə 56. Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin rəsmən elan edilməsinə dair icraatın xüsusiyyətləri
- "Məhkəmə Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə:[15]
- I fəsil. Ümumi müddəalar
- Maddə 6. Məhkəmə-Hüquq Şurasının tərkibi
- Maddə 11. Məhkəmə-Hüquq Şurasının vəzifələri
- Maddə 12. Məhkəmə-Hüquq Şurasının hüquqları
- Maddə 13. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi
- Maddə 14. Hakimlərin Seçki Komitəsi
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu [16]
- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə:[17]
- Birinci bölmə. Məhkəmələr
- XV fəsil. Hakimlərin statusu
- XVII fəsil. Hakimlərin səlahiyyətləri
- XVIII fəsil. Hakimlərin müstəqilliyi
- Keçid müddəaları
- "Azərbaycan Respublikasında məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat" [18]
- "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə" [19]
Ədəbiyyat:
- Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005
- Məmmədov İ., Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005
- Xropanyuk V.N., Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə), Bakı, 1993
- Həsənov E.M., Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı, 2009
- Марченко М.Н., Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
- Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 30 dekabr 1999-cu il
- Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi. 14 iyul 2000-ci il
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 28 dekabr 1999-cu il
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 28 dekabr 1999-cu il
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 1 fevral 1999-cu il
- Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
- "Konustusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu
- "Məhkəmə Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ
- “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu. 10 iyun 1997-ci il, № 310-IQ
- Azərbaycan Respublikasında məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat
- "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə.
- "Hüquqi aktların vahid elektron bazası"
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı,
Məsləhətçi-məhkəmə iclas katibi vəzifəsi haqqında
MƏLUMAT
Vəzifə kodu
|
700036
|
Dövlət orqanı
|
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
|
Struktur bölmə
|
Aparat
|
Vakant inzibati vəzifənin adı və vakansiya sayı
|
məsləhətçi-məhkəmə iclas katibi (6 yer)
|
Vakant inzibati vəzifənin təsnifatı
|
5
|
Aylıq vəzifə maaşı
|
930
|
Qulluq funksiyaları
|
- Müəyyən olunmuş müddətlərdə məhkəmə iclaslarının keçirilməsi üçün hazırlıq işlərinin aparılması;
- Təyin olunmuş məhkəmə baxışı iclaslarında iştirak etmək;
- Məhkəmə iclas protokollarının qanunla müəyyən olunmuş müddətdə hazırlanmasının təmin edilməsi;
- İcraatı başa çatmış işlərdə olan sənədlərin siyahısını tərtib etmək, onları işə tikmək, nömrələmək və hazır işləri təhvil vermək
- “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi, bildiriş, məktub, məhkəmə aktları və digər sənədlərin sistemdə hazırlanması, habelə elektron statistika sisteminin işlənilməsini təmin etmək məqsədilə yekunlaşdırılmış işlər üzrə bütün məlumatların və sənədlərin (nəticələri, yekun məhkəmə aktlarını və s.) sistemə daxil edilməsi;
- Hakimlərin icraatına daxil olan kağız daşıyıcı üzərində olan işlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada təhvil alınması, Ümumi şöbəyə verilməsi;
|
Vakant inzibati vəzifənin tutulması şərtləri
|
- Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
- İş stajına dair tələblər: tələb müəyyən edilməyib
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili-A2
|
Müsahibə elanının tarixi
|
15.03.2023 09:00
|
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət
|
20.04.2023 18:00
|
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Aparatı
Məsləhətçi-məhkəmə iclas katibi