^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi vəfat edib.

 Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sabiq hakimi Fəxrəddin Məmmədov vəfat etmişdir.

Fəxrəddin Məmmədov 20 oktyabr 1957-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu, Badamlı kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Uzun illər hüquq sahəsində böyük hüquq məsləhətçisi, dövlət notariusu kimi vəzifələrdə çalışmış, 1990-ci ildən hakim əvəzi, 1993-cü ildən hakim kimi fəaliyyət göstərmişdir. 2 sentyabr 2000-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmış, 2022-ci il oktyabr ayında qanunla nəzərdə tutulmuş yaş həddinə çatmaqla təqaüdə çıxmışdır.

Fəxrəddin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi tərəfindən örnək hesab olunan bilikli və təcrübəli hüquqşünas,  dürüst, mədəni, vicdanlı insan kimi xatırlanacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Fəxrəddin Məmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

 Allah rəhmət eləsin!