Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov, Məhkəmənin kollegiya sədrləri və birinci instansiya məhkəmələrinin hakimləri konfransda iştirak edib. Konfransda əvvəlcə Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib. Konfransda Azərbaycan Vəkillər Kollegiyasının sədri, Hüquq-Mühafizə Şurasının üzvü Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvanın Ombudsmanı Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası prokurorurun müavini Sənan Paşayev, NDU-nun rektoru Elbrus İsayev, Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov, Naxçıvan vəkilləri və digər şəxslər iştirak ediblər.