^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib

Yanvar ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatlarının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirmiş, onun rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açmışdır.

Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri  muxtar respublika məhkəmələrinin 2022-ci il üzrə fəaliyyətinin yekunları ilə bağlı məruzə edərək məhkəmələr tərəfindən hüquq və azadlıqların məhkəmə müdafiəsi vasitəsilə təmin olunması sahəsində görülən işlər barədə məlumat vermişdir.

Ali Məhkəmənin sədri qeyd etmişdir ki, il ərzində həmçinin Ali Məhkəməyə dахil оlаn ərizə və şikayətlər vaxtında öyrənilərək nəticələri barədə vətəndaşlara qanunla müəyyən olunmuş qaydada cavab verilmişdir.

Ali Məhkəmənin sədri muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş mülki və digər işlər üzrə çıxarılmış qətnamə və qərardadlardan verilmiş apellyasiya şikayətlərinin nəticələrini və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəricilərini ətraflı təhlil etmişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Muradovun, Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədovun, Hərbi Məhkəmənin sədri Polad Həsənovun, Kommersiya Məhkəməsinin sədri Elşən Salmanovun və muxtar respublikanın şəhər və rayon məhkəmələrinin sədrlərinin 2022-ci il ərzində gördükləri işlərə dair məlumatları dinlənilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev iclasa yekun vuraraq qeyd etmişdir ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini bundаn sоnrа dа qаnunvеriciliyin tələbləri səviyyəsində quraraq qanunun tələbinə uyğun, оbyеktiv, tam və qərəzsiz məhkəmə müdafiəsini həyаtа kеçirəcək, ədalət mühakiməsinin əlçatanlığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.