^

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Mediasiya Təşkilatının iştirakı ilə "İnsan Hüquqları Günü" münasibətilə 1 günlük ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilib.

Muxtar respublika sakinlərinin ödənişsiz hüquqi yardım almalarına köməklik göstərmək məqsədilə Naxçıvan şəhər, Babək və Şahbuz rayon sakinləri üçün Naxçıvan Şəhər Məhkəməsində, Sədərək, Şərur və Kəngərli rayon sakinləri üçün Şərur Rayon Məhkəməsində, Ordubad və Culfa rayon sakinləri üçün isə Culfa Rayon Məhkəməsində təşkil olunan aksiya zamanı 45 sakinə vəkil və mediasiya xidmətləri göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, qanunvericiliyin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.