^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin nəşri olan Bülletenin yeni nömrəsi çapdan çıxmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin  Bülleteninin 2022-ci il üçün nəzərdə tutulmuş 1-ci sayı çapdan çıxmışdır.

Ali Məhkəmənin Bülleteninin yeni nəşri ilə buradan tanış ola bilərsiniz. Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Bülleteni 2006-cı ildən nəşr olunmağa başlayıb.

Bülleten ildə 2 dəfə olmaqla hər il nəşr olunur. Bülletenin "Yeni sənədlər, normativ aktlar", "Məhkəmə fəaliyyəti", İnsan hüquqları və məhkəmə təcrübəsi", "Nəzəriyyə və hüquqtətbiqetmə problemləri", "Hakimlərin milli və beynəlxalq qurumlarında", "Azad tribuna" və "Ali Məhkəmənin mətbuat xidmətindən" başlıqlı sərlövhələrində ölkəmizdə və muxtar respublikada məhkəmə sisteminə aid yeni qəbul olunmuş hüquqi aktlar, məhkəmə fəaliyyətinə dair məlumatlar, müxtəlif hüquqi mövzularla bağlı məqalələr, Ali Məhkəmədə keçirilən tədbirlər barədə geniş məlumatlar oxuculara təqdim olunur.