Aprel ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə edilməsinə dair növbəti maarifləndirici seminar keçirilib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmə orqanlarının kadrlar üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsinə dair maarifləndirici söhbətlər aparılıb, vizual izahatlar verilib.Daha sonra mövzu ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.