^

Qərar N3 2012-ci il

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN

 

RƏYASƏT HEYƏTİNİN

 

Q Ə R A R  I      Ν 3

 

    30  iyul 2012-ci il                                                                                                                       Naxçıvan şəhəri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti aşağıdakı tərkibdə:

 

Ali Məhkəmənin sədri R.R.Süleymanovun sədrliyi,

 

mülki işlər üzrə kollegiyanın sədri vəzifəsini icra edən Ə.K.Allahverdiyevin,

 

inzibati-iqtisadi kollegiyanın sədri vəzifəsini icra edən Y.S.Qurbanovun,

 

hərbi kollegiyanın sədri vəzifəsini icra edən Q.N.Məmmədovun iştirakları ilə

 

Ali Məhkəmənin Rəyasət Heyətinin 30 iyul 2012-ci il tarixdə keçirilən iclasının gündəliyində duran Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Məlumatlandırma mərkəzinin yaradılması məsələsini müzakirə edərək

 

Q ə r a r a     a l ı r : 

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Məlumatlandırma mərkəzi yaradılsın.

 

2. Məlumatlandırma mərkəzinin işçi heyəti ictimai əsaslarla Ali Məhkəmə Aparatının işçilərindən aşağıdakı tərkibdə təsdiq olunsun:

 Məlumatlandırma mərkəzinin fəaliyyətinə məsul şəxs:

Xəlilov Yunis Fərman oğlu - Aparatın rəhbəri

İşçi Heyəti:

 

Eminova Rahidə Mirmurtuz qızı - Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin müdiri;

Səfərov Daşqın Yaqub oğlu - Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri

Əliyev Mehdi Ədalət oğlu - mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi;

Qurbanova Gülay Əjdər qızı - hakim köməkçisi;

 

S Ə D R :                                       RAMİZ SÜLEYMANOV