NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI
АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN
Q Ə R А R I № 5
16 iyun 2023-cü il Nахçıvаn şəhəri
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6-1.2.2-ci maddəsinə əsasən hakimlərin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini təmsil edəcək hakimlərin müəyyənləşdirilməsi məqsədilə
q ə r а r а а l ı r :
1. 21 iyun 2023-cü il tarixdə hakimlərin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Bəktaşi Səadət İnayət qızının, kommersiya kollegiyasının sədri vəzifəsini icra edən Bəylərli Səxavət Şahhüseyn oğlunun və cinayət kollegiyasının hakimi Abbasov Fərman Məmməd oğlunun iştirakı müəyyən edilsin.
2. Qərar məlumat üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına göndərilsin.
Sədr Səadət Bəktaşi