^

Qərar N2 2020-ci il

center

NАХÇIVАN MUХTАR RЕSPUBLİKАSI

АLİ MƏHKƏMƏSİ RƏYАSƏT HЕYƏTİNİN

 

Q Ə R А R I № 2

                 

              5 mart 2020-ci il           Nахçıvаn şəhəri                                          

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin Rəyаsət Hеyəti “Məh­kəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.8-ci maddəsinə müvafiq olaraq Məhkəmə-Hüquq Şurası üzvünün seçilməsi məq­sədilə Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Bir­liyinin (Assosiasiyası) təklifi ilə təqdim olunan Nахçıvаn Muхtаr Rеspubli­kаsı Аli Məhkəməsinin sədri Əliyev Qasım Vəli oğlu və həmin məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun namizədliklərini müzakirə edərək

q ə r а r а   а l ı r :

 

1. Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Bir­liyi (Assosiasiyası) tərəfindən təklif olunmuş namizədlər sıra­sından Nахçı­vаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin sədri Əliyev Qasım Vəli oğlu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına üzv seçilsin.

2. Qərar məlumat üçün Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası­na göndərilsin.

                                   S ə d r:                                      Qasım Əliyev